Dünyada siqaret asılılığı və məntiqi olaraq siqaret biznesi geniş yayılıb. Hətta demək olar ki, asılılıqlar arasında siqaret çəkmə vərdişi “ən məsum”udur. Uzun müddətdir ki, siqaret asılılığını tərgitməkdən ötrü elektron siqaret alternativ kimi irəli sürülüb.
Stopnarkotik.az bildirir ki, aparılan araşdırmalar veypin, yəni elektron siqaretin də zərərlərini ortaya qoyur. Pulmanoloqların dediyinə görə, 2-3il ərzində elektron siqaret istifadəsindən sonra gənc insanın ağciyərləri 85 yaşlı insanın ağciyərlərinin vəziyyətinə düşə bilər. Hollandiyalı pulmonoloq Vand de Kanter bildirir ki, veyp təxmin edildiindən daha zərəlidir, çünki gənc insanlar bu zaman daha çox nikotin istifadə edirlər.
De Kanter deyir ki, Hollandiyada veypinq trendi sonradan başlayıb. “Elektron siqaretlər Amerikada çoxdan məşhurdur. Buna görə orada daha çox şikayət var. Bir neçə il əvvəl xəbərlərdə bildirilirdi ki, ağciyər şöbəsinə 2000 gənc qəbul edilib.
Xəstəxanaya müraciət edilən xəstələrin ağciyərləri, əsasən, insanların doldurula bilən elektron siqaretlərə əlavə etdikləri çətənə və E vitamini kimi maddələrlə zədələnib. Hazırda ən böyük risk elektron siqaretlər haqqında əhatəli məlumatın olmamasıdır”, deyə De Kanter ifadə edir.
İş burasındadır ki, bir çox gənclər gün ərzində dəfələrlə siqaret çəkdikləri üçün nə qədər nikotini qəbul etdiklərinin fərqində deyillər. Həmçinin veyp istifadəçiləri elektron siqaretdən çox erkən yaşlarda istifadə etməyə başlayırlar. Tütün sənayesi gəncləri aludəçi etmək məqsədi daşıyır. Buna görə də, 2024-cü il yanvarın 1-dən Hollandiyada tərkibində bütün növ ətirli mayelərin olduğu elektron siqaretlərin satışı qadağan olacaq.
Bir çox gənc siqareti iyrənc hesab edir, lakin onun ətirli veypləri də istifadədən çəkinir. Bu yolla Hollandiya hökuməti bir çox gənc istifadəçinin siqareti atacağına ümid edir. De Kanter elektron siqaretlərə aksiz vergisinin tətbiq edilməsinin tərəfdarıdır və bu vergi yalnız siqareti tərgitmək istəyənlərə təklif edilməlidir.
Veypinqin təsiri ilə bağlı getdikcə daha çox araşdırma aparılır. Amerikalı elm adamları hətta veypinqin kədərli düşüncələr, narahatlıq və panik atak pozğunluqlarına səbəb ola biləcəyini iddia edirlər. Getdikcə sağlamlıq üçün daha çox mənfi nəticələr ortaya çıxır. Veyping DNT-nin zədələnməsinə səbəb ola bilər. Həmçinin inhalyasiya yolu ilə mikrobları qəbul etmək mümkün olar.
Türk tibb adamlarının bu həftəki araşdırmaları da göstərdi ki, elektron siqaret çəkmək kişilərdə sperma sayının azalmasına, şəhvətin, ehtirasın azalmasına və yumurtalıqların büzülməsinə səbəb ola bilər. "Bu, artıq uzunmüddətli təsirləri göstərən kiçik tədqiqatlardan biridir", De Kanter bildirir. “Veypinqin kişi və qadın hormonlarına nə dərəcədə təsir etdiyi tam aydın deyil. O, həmçinin gənc inkişaf etməkdə olan beyinlərə sağalmaz ziyan vurmaqdan və ağciyər xərçəngi, astma və KOAH və bədənin digər hissələrində xərçəngin potensial riskini də yarada bilər, deyə De Kanter ifadə edir.
Stopnarkotik.az