Elektriklə işləyən avtomobillər şüalanma yaradır? - AÇIQLAMA

"Nə Azərbaycanda, nə də dünyanın digər ölkələrində elektrikli avtomobillərin şüalanma yaratması iddiası ilə qarşılaşmışam. Hazırda dünyada ekoloji cəhətdən təmiz avtomobil növlərinin təşfiqi gedir. Bu, bir trenddir. Daha çox elektriklə işləyən ictimai nəqliyyat növlərinə üstünlük verilir. Tramvay, trolleybus, elektrobus... Şəxsi nəqliyyat vasitələri arasında da elektromobillərin get-gedə çoxalması bu trendin bir hissəsidir".

Stopnarkotik.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib.

Ekspert bildirib ki, Azərbaycan da qismən bu trendə qoşulub: "3 illik müddətə elektrikli avtomobillər ƏDV-dən azad  olunub. Bu da ölkəmizdə elektromobillərin çoxalmasına gətirib çıxarır. Düşünürəm ki, müsbət tərəfdən baxılası məqamları çoxdur. Hələ ki mənfi tərəflərini eşitməmişəm. Narahatlıq doğuran məqamlar, əlbəttə, var. Doldurma məntəqələrinin sayı elektrik avtomobillər üçün azdır. Amma bu məsələnin də üzərində işləyirlər. Bütün ölkəni əhatə edən şəbəkənin məhdud olması barədə sürücülər narahatlıqlarını bildirirdilər".