Eks müdafiə naziri ölkənin içindəki dələduzluq şəbəkəsini idarə edir - SAXTA "CALL-CENTER"LƏR

Gürcüstan saxta zəng mərkəzlərinin “paytaxtı” olub. Orada işləyənlər isə çinlilər olub.
Stopnarkotik.az
xəbər verir ki, Gürcüstanın hüquq-mühafizə orqanları beynəlxalq saxta zəng mərkəzləri şəbəkəsini üzə çıxarıb. Duşetidəki təkcə bir oteldə ölkədə qeyri-qanuni olan 14 Çin vətəndaşı saxlanılıb.
Çinlilər müxtəlif ölkələrə zəng etmək üçün onlarla mobil telefon və serverdən istifadə ediblər. Telefonla fırıldaqçılar etibar qazanaraq pul qoparıblar.
Gürcüstan çoxdan telefon fırıldaqçılarının sevimli yeri olub. Hər bir “çağrı mərkəzi” yerli kriminal avtoritetlərdən və ya məmurlardan kiməsə aiddir. Ona görə də belə cəzasız fəaliyyət göstərirlər. Fırıldaqçılar polislərin hər basqınından qabaqcadan xəbər tutur və avadanlıqları daşıyaraq yerini dəyişdirib gizlətməyə nail olurlar.
Amma görünür, Gürcüstan Daxili İşlər Nazirliyi nəhayət ki, bu qanunsuz biznesə son qoymaq qərarına gəlib. Çağrı mərkəzləri Tbilisi və Batumidə aşkarlanıb. Onların bir çoxunun Londonda gizlənən Gürcüstanın keçmiş müdafiə naziri David Kezeraşvili ilə bağlantılı olduğu güman edilir. Rusiya FSB artıq onu cinayətkar birlik təşkil etməkdə və xüsusilə böyük miqyasda dələduzluqda ittiham edərək beynəlxalq axtarışa verib.
Rusiya hüquq-mühafizə orqanlarının məlumatına görə, Kezeraşvilinin rəhbərliyi altında Gürcüstanın zəng mərkəzləri 50 ölkədən 100 minə yaxın insanı aldadıb. İşin miqyası o qədər böyükdür ki, fırıldaqların miqdarını yalnız təsəvvür etmək olar. Lakin güman edilir ki, Gürcüstandakı hər bir böyük zəng mərkəzi ayda təxminən 100 min dollar gəlir əldə edib.
Stopnarkotik.az