Dünyanın ən zəngin adamlarının siyahısı yenidən dəyişib.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd olunub ki, amerikalı iş adamı İlon Mask zirvədəki yerini itirib və hətta üçüncü sıraya qədər geriləyib. “LVMH”-nin sahibi Bernard Arnoult 200 milyard dollarlıq sərvəti ilə “dünyanın ən varlı adamı” tituluna yiyələnib. İndeksə görə, Maskın hazırkı sərvəti 189 milyard dollar, onu qabaqalayn Cef Bezosun isə 198 milyard dollardır.
Yeni dəyişilklikəlrə görə, dünyanın ən varlı şəxslərinin ilk 10-luğu bu formadadır:
1. Bernard Arnault (201 milyard dollar)
2. Ceff Bezos (198 milyard dollar)
3. İlon Mask (189 milyard dollar)
4. Mark Zukerberq (182 milyard dollar)
5. Bill Qeyts (150 milyard dollar)
6. Stiv Balmer (141 milyard dollar)
7. Uorren Baffet (134 milyard dollar)
8. Larri Ellison (127 milyard dollar)
9. Larri Peys (124 milyard dollar)
10. Sergey Brin (118 milyard dollar)