ABŞ-da Nyu-Yorkun Cənub Bölgəsi prokurorluğu “Cartier” zərgərlik evinin varisi Maksimilyan de Hop Kartye və beş Kolumbiya vətəndaşını USDT steyblkoin vasitəsilə narkotik ticarətindən əldə edilən gəlirlərin yuyulmasında ittiham edib.
Stopnarkotik.az xəbər verir ki, müstəntiqlər müttəhimlərin brokerlərin və qondarma şirkətlərin köməyi ilə ABŞ və Kolumbiya arasında bütöv bir çirkli pulların yuyulması şəbəkəsi yaratdığını düşünürlər. Eyni zamanda, bu məsələ Kartye kiminsə yolunu kəsdikdən sonra meydana çıxıb: çünki məlum olub ki, 2020-ci ildən bəri Kartye yüz milyonlarla kriminaldan gələn qara pulları yuyub və bu qara pullardan təkcə 14,5 milyonu Kolumbiya narkotik ticarətindən gəlib.
Stopnarkotik.az