Dünyadan "peredoz"dan ölüm üzrə SOS: saxta narkotiklər meydan sulayır

Avropa Narkotiklər və Narkomaniya Agentliyi (EMCDDA) müntəzəm olaraq narahatedici məlumatlar dərc edir. Hər il minlərlə avropalı həddindən artıq dozadan ölür. Bu rəqəmlər sadəcə statistika deyil, ailələri, cəmiyyəti məhv edən faciədir.

Stopnarkotik.az xəbər verir ki, son illər xüsusilə gənclər arasında ölüm halları artıb. Məsələn, Almaniyada narkotikdən ölüm halları rekord həddə çatır. Bu ölümün səbəbi isə təkcə ənənəvi opioidlər deyil: güclü ölümcül təsirləri olan sintetik dərmanlar artan təhlükə yaradır. 

Ölümün artmasına fentanil və nitazenlər kimi yeni, son dərəcə zəhərli güclü sintetik opioidlərin ortaya çıxması səbəb olur. Fentanil və nitazenlər morfin və ya heroindən onlarla, yüzlərlə dəfə güclüdür ki, bu da minimal dozalarda belə ölümcül aşırı doza riskini xeyli artırır.

Sadalanan faktorlarla yanaşı narkotik adına satılan saxta uyuşdurucunun yayılması da “peredoz”dan ölümü artırır. Çox vaxt dilerlər daha ucuz, lakin istifadəçilərin içindəki ölümcül komponentləri bilmədiyi  maddələrə qarışdırırlar.

Narkomanlara vaxtında kömək və müalicəyə çıxışın olmaması da ölümləri artırır. Dəstəyə ehtiyacı olanların çoxu onu almır.

Qara bazarda ölümü artırmağın ən məkrli yollarından biri saxta narkotik həblərinin yayılmasıdır. Tanınmış dərmanların (məsələn, oksikodon və ya Xanax) saxta oxşarı olan bu zahirən zərərsiz həblər əslində gözlənilməz və çox vaxt ölümcül sintetik maddələr ehtiva edir.

Məsələn, fentanil tez-tez belə saxta narkotik həblərin tərkibində olur. Bu həbi qəbul edən şəxs onun içindəki narkotikin həzz təsirini gözləyir, lakin digər zəhərli maddənin partlama dozasını alır. Bu, kütləvi zəhərlənməyə və ölümə səbəb olur. Bəs bu saxta narkohəblər niyə təhlükəlidir? Çünki onun tərkibi qeyri-müəyyəndir. İstifadəçi əslində nə qəbul etdiyini bilmir. Əslində saxta məhsullarda çox vaxt öldürücü dozada zəhərli sintetik narkotikin konsentrasiyası olur. Bütün bu deyilənlərlə yanaşı bu həblər sosial şəbəkələr və internet vasitəsilə asanlıqla yayıla bilər ki, bu da onu yeniyetmələr də daxil olmaqla, geniş kütlə üçün əlçatan edir. 

Stopnarkotik.az