Dünyaca məşhur amerikalı hakim vəfat etdi

Dünyaca məşhur amerikalı hakim Frank Kaprio 88 yaşında vəfat edib.

Stopnarkotik.az "Mirror US"a istinadən xəbər verir ki, uzun müddət mədəaltı vəzin xərçəngi ilə mübarizə aparan hakim Rod-Aylend ştatında dünyasını dəyişib.

Qeyd edək ki, "Caught in Providence" programı ona böyük populyarlıq gətirmişdi. O, hakim olaraq verdiyi mərhəmətli qərarları ilə təkcə ABŞ-da deyil, dünyanın digər ölkələrində də milyonlarla insanın rəğbətini qazanmışdı.