Alimlər asılılığın müaicəsi üçün müxtəlif tibbi sınaqlar aparırlar. Bu baxımdan elm ağır depressiya, post-travmatik stress pozğunluğu və asılılıqları müalicə etmək üçün LSD və psilosibin kimi psixodeliklərin inkişaf etmiş versiyalarını təklif edir və onların müalicədə yüksək potensialını təsdiqləyirlər.
Lakin onların güclü və uzunmüddətli halüsinasiyaya səbəb olması tibbdə istifadəsini məhdudlaşdırır. Mütəxəssislər xəstələri saatlarla müşahidə etməyə məcbur olurlar ki, bu da terapiyanı bahalı və çətin edir.
Elm dünyası hazırda o maddələrin yalnız faydalarını cəlb etməyi və əks təsirləri aradan qaldırmağı təklif edir. Bu yaxınlarda Devis şəhərində yerləşən Kaliforniya Universitetinin alimləri belə bir metod aşkarlayıblar. Onlar bu psixodeliklərin antidepresan təsirini halüsinasiyadan ayıran, təhlükəsiz və effektiv yeni nəsil dərmanların yaradılmasına yol açan molekulyar “açar” müəyyən ediblər. Bu açar “5-HT2A” reseptoru adlanır.
Elmi araşdırmaya görə, bütün klassik psixodeliklər 2A (5-HT2A) tipli serotonin reseptorlarına təsir göstərir. Bu reseptor neyronların səthində yerləşir və təbii “xoş əhval-ruhiyyə” hormonu olan serotoninə reaksiya verir. Psixodeliklərin strukturu serotoninə oxşadığı üçün reseptora bağlanır və onu aktivləşdirir. Əvvəllər alimlər hesab edirdilər ki, məhz bu aktivləşmə həm terapevtik effektləri (neyroplastiklik, antidepresan təsir), həm də halüsinasiyaları tətikləyir.
Bu fakt belə bir sual doğurdu: bağlantı və terapevtik effekt eyni reseptor tərəfindən tətiklənirsə, onları ayırmaq mümkündürmü? Professor David Olson və komandası bunu sınaqdan keçirmək qərarına gəlir. Tədqiqatçılar açarın hüceyrənin xaricində deyil, içərisində gizləndiyini irəli sürürlər. Onlar deyirlər ki, yalnız molekulun reseptorla bağlanması deyil, həm də bundan sonra hüceyrə daxilində hansı siqnal yolunun işə salınması vacibdir.
Nəticədə alimlər iki növ maddənin siçanların beyin hüceyrələrinə təsirini müqayisə ediblər:
Halüsinasiyalara səbəb olan psixodeliklər (məsələn, LSD)
Halüsinasiyaya səbəb olmayan psixodeliklər (psixoplastogenlər), hansı ki, onların strukturu psixodeliklərə bənzəyir, lakin şüuru dəyişdirmir və neyron bağlantılarının böyüməsini stimullaşdırır.
Hər iki maddə işini “5-HT2A” reseptorunu aktivləşdirməkdən başlayır. Lakin sonra onların yolları ayrılır.
“5-HT2A” reseptoru qapı rolunu oynayır. Həm psixodelik, həm də onların analoqları onu açmaq üçün eyni açardan istifadə edirlər. Ancaq sonra fərqli yollar tuturlar:
Halüsinasiya yolu: psixideliklər halüsinasiyalarla birbaşa əlaqəli olan ?-arrestin 2 zülalını aktivləşdirir (siçanlarda bu, başın burulması kimi özünü göstərir).
Terapiya yolu: psixodeliklər və onların analoqları neyrooplastikliyi artıran və antidepresan təsirinin əsasını təşkil edən fərqli hüceyrədaxili yolu aktivləşdirir.
İndi farmakoloqlar "qərəzli agonistlər" adlanan molekullar yarada bilərlər. Bu dərmanlar 5-HT2A-ya bağlanacaq, lakin ?-arrestinə məhəl qoymayadan neyrooplastiklik yolunu aktivləşdirəcək.
Bu kəşf hər şeyi dəyişir. Depressiyadan əziyyət çəkən bir xəstə xəstəxanaya yerləşdirmədən və saatlarla nəzarətsiz dərmanı evdə qəbul edə biləcək. Dərman beyin funksiyasını hüceyrə səviyyəsində bərpa edəcək, lakin psixikada "get-gəlllər" olmadan.
Bu kəşfin verdiyi ümidə baxmayaraq, siçanlarda əldə edilən nəticələr ümidverici olsa da, klinik istifadəyə qdər elm adamlarının qət etməli olduğu xeyli yolu var. İlk öncə klinik sınaqlarda sübut edilməlidir ki, siçanlarda işləyən prinsip insanlarda da işləyir, yeni birləşmələr təhlükəsiz, effektivdir.
Eləcə də ?-arrestinin bloklanmasının gözlənilməz nəticələrə səbəb olmayacağından əmin olmaq lazımdır.
Bu araşdırmanın yaratdığı yeni paradiqma bundan ibarətdir ki, bu cür dərmanlar antidepresantların daimi istifadəsinə ehtiyac qoymayacaq, antidepresantlarla müalicəni neyron şəbəkələrini bərpa edən müalicə kursu ilə əvəz edərək psixiatriyada inqilab edə bilər.
Bu araşdırma fundamental elmin milyonlarla həyatı dəyişdirə biləcək kəşflərə necə gətirib çıxardığını göstərir. Ola bilsin, yaxın gələcəkdə elə dərmanlar görəcəyik ki, onlar psixodeliklərin müalicəvi təsirini qoruyacaq və keçmişdəki riskli “get-gəllər” arxada qalacaq.
Stopnarkotik.az