DTX tərəfindən saxlanılan Namiq Nəbiyev məhkəməyə çıxarılır

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilmiş və terroru maliyyələşdirmədə təqsirləndirilən Namiq Nəbiyevin cinayət işi üzrə məhkəməsi başlayır.

Stopnarkotik.az apa-ya istinadən  cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işinə hakim Nigar İmanova sədrlik edəcək.

Məhkəmənin hazırlıq iclası oktyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, DTX tərəfindən Namiq Nəbiyev AR Cinayət Məcəlləsinin 167-3.1 (dini ekstremist materialları saxlama) və 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddələri ilə ittiham olunur. Cəzaların qismən toplanılması ilə Namiq Nəbiyev 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.