Dövlətə xəyanətdə təqsirləndirilən sayt rəhbərinə hökm oxundu - 17 İL HƏBS

Azərbaycanda dini xəbərlər yayan "Maide.az" saytının rəhbəri Sərdar Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Stopnarkotik.az lent.az-a xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Qərara əsasən, o, 17 il müddətində azadlıqdan məhrum edilib.

Xatırladaq ki, istintaq orqanı tərəfindən Sərdar Babayev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib.

Qeyd edək ki, Sərdar Hacıhəsənli kimi tanınan Sərdar Babayev 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaqda ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci il fevralında isə azadlığa buraxılıb.