Dövlətə xəyanətdə ittiham olunan tanınmış ruhani Hacı Əli Behiştinin (Əliyev) cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Stopnarkotik.az teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Azər Tağıyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası noyabrın 17-nə təyin edilib.
Qeyd edək ki, bu il aprelin 6-da həyata keçirilən əməliyyatlar zamanı Binə qəsəbə sakini Hacı Əli Behişti (Əliyev) saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
Hacı Əli Behişti moizələrində hər zaman İran molla rejimini təbliğ edib. O, özünü təqsirli bilmir.