Balakəndə avtomobil yanıb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binasının həyətində baş verib.
Kəlbəcər rayon sakini, Cavid Zakir oğlu Bahadırlıya məxsus park edilmiş “Nissan Sunny” markalı 10-TS-882 dövlət nömrə nişanlı minik avtomobilində yanğın baş verib.
Əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Yanğın nəticəsində maşın yararsız hala düşüb, xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.