Dövlət Vergi Xidməti POS-terminallarla bağlı nəzarət tədbirlərinə başlayır

Sabahdan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vertgi Xidməti POS-terminallardan istifadə ilə bağlı nəzarət tədbirlərinə başlayacaq. 

Bizim.Media bu barədə quruma istinadən xəbər verir. 

Məlumata görə, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının aradan qaldırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı bir sıra obyektlərdə qanunvericiliyin tələblərinə baxmayaraq, ümumiyyətlə, POS-terminal quraşdırılmadığı müəyyən edilib.

Noyabrın 16-dan etibarən həmin vergi ödəyiciləri ilə də bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.