Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı - FOTO

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Şəki" sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən iki nəfər Mərakeş vətəndaşı – Mohammed Fassih və Ousama Ben Moulay, "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində Gürcüstan istiqamətinə üç nəfər Pakistan vətəndaşı – Ali Syed Farman, Amir Muhammad Shantazgul və Shah Syed Norman həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saxlanılıblar.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.