Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən şəxsdən XƏBƏR VAR

Azərbaycanda dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə ittiham olunan Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Stopnarkotik.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 30-na təyin edilib.

Qeyd edək ki, məhkəmə baxışı qapalı keçiriləcək.

İttihama görə, ona qarşı AR Cinayət Məcəlləsinin 32.4, 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. O, əvvəllər hüquq-mühafizə orqanlarında çalışıb.