“Atam yoxdur. O, narkotik istifadəçisi olub. Artıq 9 ildir ki, görmürəm...”
Bunu Bilgəhdə yerləşən 11 nömrəli internat məktəbində yuxarı sinif şagirdlərinın iştirakı ilə keçirilən “Zərərli vərdişlərdən qorunmaq” adlı tədbirdə şagird Ümid Becanov deyib.
Onun narkomaniyaya qarşı keçirilən maarifləndirici tədbir zamanı danışdıqları sosial media istifadəçiləri tərəfindən də həssaslıqla qarşılanıb: “Mənim qaldığım ərazidə Narkoloji Dispanser yerləşir. Gündə 10-15 narkoman oradan keçir və onların vəziyyətinə şahid oluram. Eləsi var ki, yanında övladları da olur. Heç vaxt o yola əl atmaram, çünki bu yolun necə pis olduğunu bilirəm. Mən sinif yoldaşlarıma da demişəm ki, mənim bir tək anam var. Burada utanmalı nəsə yoxdur.
Bir-iki dostum olub ki, siqaret çəkmək istəyib, amma mən qoymamışam. Çünki onlar məni itirmək istəməz, mən də onları. Dəfələrlə izah etmişəm. Yəni hər dəfə onlara deyirəm ki, siz də gələcəkdə ata olacaqsınız. Bu yola girib övladınızı yalnız qoymayın. Mənim atam o yolla getdi, ona görə mən də atasız qaldım”.
Sözügedən videonu təqdim edirik: