DOSTLARI İLƏ ZARAFAT ETMƏK İSTƏDİ, CANINDAN OLDU - 18 yaşlı oğlanı stadionda elektrik cərəyanı vurdu / YENİLƏNİB

 

Ağstafa rayonunda ölümlə nəticələnən bədbəxt hadisənin təfərrüatı məlum olub.

Stopnarkotik.az report-a istinadən xəbər ki, 2006-cı il təvəllüdlü E.Həsənzadə Vurğun qəsəbəsində yerləşən mini futbol meydançasında tanışları ilə olan zaman uzun metal borunu götürərək yoldaşları ilə zarafatlaşmaq istəyib.

Bu zaman əlindəki boru ehtiyatsızlıqdan meydançanın üstündən keçən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə elektrik cərəyanı onu vuraraq öldürüb.

Qeyd edək ki, mərhum gələn ay hərbi xidmətə getməli idi.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.

***

Ağstafa rayonunda gənc oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Stopnarkotik.az xəbər verir ki , Ağstafa rayonunun Vurğun qəsəbəsi ərazisində 2006-ci il təvəllüdlü Həsənzadə Elvin Ömər oğlunu elektrik cərəyanı vuraraq öldürüb.

Meyit tibbi ekspertizaya aparılıb.

İlkin məlumata görə, hadisə qəsəbənin stadionunda baş verib.

Polis əməkdaşları əraziyə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır