"Dörd yaralının yerinə 400 nəfər öldürəcəyik" - RAMZAN KADIROV

Çeçenistan rəhbəri Ramzan Kadırov cümə axşamı, dekabrın 12-nə keçən gecə respublikaya yeni pilotsuz təyyarə hücumuna görə Ukraynadan qisas alacağına söz verib.

Stopnarkotik.az Baku.ws-ə istinadən xəbər verir ki, pilotsuz təyyarə xüsusi təyinatlı polis alayının kazarmaları üzərində vurulub.

Onun sözlərinə görə, bu cür hücum cəhdləri yalnız qələbəyə inamlarını və düşmənlə tez mübarizə aparmaq istəklərini gücləndirir:

"Respublikada 84 min nəfərlik könüllü və döyüşçü ehtiyatı var və onlar birinci əmrlə cəbhə xəttinə keçməyə hazırdırlar. Bəzi narkomanların, şeytanların və ya satanistlərin xəstə ideyalarını təcəssüm etdirməsinə imkan vermək üçün respublikamızı qorumuruq. Biz bunu belə buraxmayacağıq! Və yalnız bu 4 yaralı üçün 400 nəfər öldürəcəyik", - Ramzan Kadırov bildirib.

Çeçenistan rəhbəri qeyd edib ki, pilotsuz təyyarə saat 00:55-də Qroznıda Axmat Kadırov adına xüsusi təyinatlı polis alayının kazarma binaları üzərində vurulub.

Ciddi xəsarət alan olmasa da, 4 mühafizəçi əsgər yüngül yaralanın. Bundan əlavə, havada partlayan PUA dam örtüyünə ziyan vurub, şüşələri sındırıb. Düşən qalıqlar kiçik yanğına səbəb olub və yanğın tez bir zamanda söndürülüb.