“İnci” Məcburi köçkün qadınlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Doğma yurdlarına dönməyə hazırlaşan qadınlara dəstək” layihəsini həyata keçirib.
Stopnarkotik.az xəbər verir ki, layihənin əsas məqsədi Böyük Qayıdış proqramı ilə doğma yurdlarına dönmüş və doğma yurdlarına dönməyə hazırlaşan sakinlərin mövcud sosial müdafiə mexanizmlərindən istifadə etməklə xüsusilə qadınların fərdi təsərrüfatlara sahib olmaları, onların dövlət yardımından asılılığının aradan qalxmasına, öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına, ölkədə kiçik ailə biznesinin genişlənməsinə dəstək göstərilməsi üzrə maarifləndirmə işlərinin aparılması təşkl edir.
Layihə çərçivəsində Cəbrayıl rayonunda (Biləsuvar rayonunda salınmış məcburi 4 saylı məcburi köçkün qəsəbəsi), Füzuli rayonu Horadiz şəhərində və Ağdam rayonu Quzanlı qəsəbəsində müvafiq rayon icra hakimiyyətləri ilə əməkdaşlıq çərçivəsində seminarlar təşkil olunmuşdur. Seminarlari təşkilatın sədri, layihə rəhbəri Jalə Teymurlu açaraq, iştiraçkıları salamlamış, seminarların əsas məqsədinin doğma yurdlarına dönməyə hazırlaşan qadınlar arasında əməkdaşlıq əlaqələrinin qurulması və müsbət təcrübələri təşviq etməklə, kiçik sahibkarlıqla məşğul olanlara dəstək olmaqla öz kiçik bizneslərini qurmaq və inkişaf etdirmək istiqamətində aparılmasından ibarət olduğunu bildirmişdir.
Təlimçi, iqtisadçı Rəşad Həsənov tərəfindən Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafı imkanları, fiskal güzəştlər, vergi güzəştləri, güzəştli maliyyə alətlərinə çıxış, risklərin minimallaşdırılması, əməkhaqqının birgə maliyyələşdirilməsi yolu ilə yeni bizneslərin dəstəklənməsi, özünüməşğulluq proqramına müraciət qaydaları, müraciətin və prosesin online izlənilməsi imkanları, şərtlər, mövcud biznes paketlər, mexanizmin təkmilləşdirilməsi məqsədi ilə edilən son dəyişiklər istiqamətində təqdimatlar edilmişdir.
Seminarlar iştirakçılar tərəfindən ünvanlanmış suallar cavablandırılması və cay-kofe süfrəsi ətrafında müzakirələrlə davam etdirilmişdir.
Tədbir iştirakçılara sertifikatların təqdim olunması ilə başa çatmışdır.
Stopnarkotik.az