Abşeron rayonu, Novxanı kəndində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batan 2 nəfərin axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, batan şəxslərin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***12:40
Abşeron rayonunun Novxanı kəndində dənizdə batan iki nəfər 16 yaşlı yeniyetmələrdir.
Stopnarkotik.az xəbər verir ki, batan şəxslər Xırdalan şəhər sakinləri 2009-cu il təvəllüdlü Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğludur. Hər iki yeniyetmə 21 saylı Kəlbəcər rayon orta məktəbinin şagirdləridir.
Hazırda hadisə yerində müvafiq qurumlar tərəfindən axtarış-xilasetmə işləri davam etdirilir.
*** 10.39
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dənverilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.