Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinə rəis müavini - rəis vəzifəsini icra edən təyin olunub.
Stopnarkotik.az-ın məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, bu posta Seymur Səfərov gətirilib.
Qeyd edək ki, S.Səfərov bu təyinatadək Vəkillər Kollegiyasının baş katibinin müavini vəzifəsində çalışıb.