DƏLƏDUZLUĞA GÖRƏ MƏHKUM OLUNMUŞDU, YENİDƏN "İLİŞDİ" - Kürdəmirdə keçmiş məhbus saxlanıldı

Kürdəmir rayon sakini olan bir şəxsi aldadaraq hesabına 6000 manat pul ödətdirməkdə şübhəli bilinən, əvvəllər də dələduzluğa görə məhkum olunmuş Məhəmməd İlqarlı müəyyən olunaraq saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, M.İlqarlı Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.