Dələduzluğa görə həbsdə olan Səbuhi Rəcəb yenidən məhkəmə qarşısına çıxarılır

Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə sabiq vitse-prezidenti, hazırda həbsdə olan Səbuhi Rəcəbin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

O, ümumilikdə 1 milyon manatlıq dələduzluqda ittiham edilir.

Xatırladaq ki, keçən il sentyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Rəcəb 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Səbuhi Rəcəb üç nəfərə yalan vəd verərək onlara qarşı 341 min manatlıq dələduzluq edib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Səbuhi Rəcəb 2003-2006-cı illərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində inzibati və cinayət hüququ şöbəsində işləyib. O, 2014-2015-ci illərdə isə Azərbaycan Sambo Federasiyasında Döyüş Sambosu (Kombat Sambo) üzrə vitse-prezidenti, 2018-ci ildən isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti olub.

Səbuhi Rəcəb 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.