Noyabrın 8-də və 9-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə saxlanılan şəxslər istintaqa təhvil verilib.