9 Apr, 2025 - 11:53 Dələduzluğa görə axtarışda olan şəxslər saxlanıldı Polis əməkdaşlarının aprelin 8-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.