"Diqqət: Təhlükə var!" - DİN-dən XƏBƏRDARLIQ

"Sosial media başqaları ilə ünsiyyət qurmaq üçün faydalı və əyləncəli vasitə ola bilər. Ancaq risklər var".

Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev şəxsi “Facebook” hesabında paylaşim edib

"Əsas kiber risklərdən biri təhlükənin mövcud olmadığını düşünməkdir. Bu riski düşünməyənlər tək talamaya məruz qalmır, həm də cinayətin tərəflərindən birinə çevrilir. İnformasiya texnologiyalarından istifadə edilməklə bu il yanvar-oktyabr ayları ərzində törədilən 839 cinayətin açılması DİN əməkdaşları tərəfindən təmin edilib. Hər bir açılan cinayətin araşdırmaları təsdiq edir ki, riskdən heç kim sığortalanmayıb. Diqqət: Təhlükə var!", - deyə E.Hacıyev əlavə edib.

Stopnarkotik.az