“Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsil bir silahdır” - Qubada maarifləndirici tədbir keçirilib / FOTO

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi mədsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsil bir silahdır” adlı tədbirini 5 noyabr 2024- cü il tarixində Quba rayonunda keçirib.

Stopnarkotik.az xəbər verir ki, Quba Dövlət Sosial İqtisad Kollecində keçirilən tədbirdə rayon gəncləri və ziyalılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə Quba rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Anar Məmmədov açaraq, qonaqları salamlayıb və bu mövzunun həmişə aktual olduğunu söyləyib. O qeyd edib ki,  etnik qruplar yaşayan rayonlarda bəzən süni şəkildə bu problemi qızışdırırlar: “Əsasən sərhədyanı rayonlarda onlar savadsız, imkansız gəncləri müxtəlif şirnikləndirici vasitələrlə əla alırlar”.

Təşkilatın icraçı drektoru Tələt Qəribov çıxışında qeyd edib ki, Azərbaycan həmişə tolerant ölkə kimi tanınıb: “Biz həmişə bir xalq, millət kimi başqa xalqlara, başqa dinlərə hörmət göstərmişik. Lakin bəzi ölkələrdə dini radikalizm və ekstremizm elementlərinin güclənməsi təhlükə mənbəyi kimi bizi də narahat edir”. 

Kolleçin drektoru Xanım Bayramova deyib ki, gənclər arasında  rayon rəhbərliyinin təşkilatçılığı ilə bu kimi mövzularda daim maarifləndirici görüçlər keçirilir.

Dini Qrumlarla iş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşı Mehman Məmmədov bu sahədə  rayonda aparılan maarifləndirici işlərdən danışıb.

Qafqaz Müsalmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi Anar Eyyubov qeyd edib ki, əvvəllər rayonda radikalizmə meyl edən gənclərə rast gəlinirdi: “Dini ayinlərimizdə insanlara bu cəryanların bizi istəməyən qüvvələr tərəfindən süni şəkildə ortaya atıldığını izah edirik”.

Rayon Ağsaqqallar Şurasının sədri, tanınmış sahibkar İldırım Məmmədov çıxışında  gənclərə öz həyat hekayəsini anladıb. O qeyd edib ki, bəzən maddi maraq naminə gənclərimiz bu kimi zərərli qruplara qoşulurlar: “Respublikamızda insanlaın yaxşı yaşaması üçün hər bir şərait vardır”.

Quba Rayom Polis şöbəsinin əməkdaşı, polis polkovnik- leytenantı Elman İsmayılov bu sahədə rayonda aparılan profilaktik işlərdən, görülən tədbirlərdən danışıb. O bildirib ki, rayon polis şöbəsinin rəhbərliyi də bu kimi mövzularla tez-tez gənclərlə görüşlər keçirir.

Görüş geniş müzakirələrdən sonra başa çatıb.

Stopnarkotik.az