İranda din xadimi güllələnərək öldürülüb.
Bu barədə IRNA məlumat yayıb.
Məlumata görə, bu gün Kazerunda cümə namazı qıldıqdan sonra naməlum şəxs hüccətül-islam Məhəmməd Səbahiyə silahla atəş açıb.
Hücum edən şəxs daha sonra özünü öldürüb.
İmam-cümə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.