Bakının Yasamal rayonu 158 nömrəli orta məktəbdə şagirdin narkotik satışı ilə məşğul olduğu barədə iddialara Daxili İşlər Nazirliyindən münasibət bildirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev açıqlamasında belə bir faktın olduğunu təkzib edib:
“Paytaxt ərazisində yerləşən orta məktəblərin birində şagirdin narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı mediada yayılan iddialara cavab olaraq bildirirəm ki, qeyd olunan məlumat ərazi polis orqanı əməkdaşları tərəfindən tam və hərtərəfli araşdırılıb, iddialar öz təsdiqini tapmayıb.
Əlavə olaraq bildirirəm ki, bu iddialar qərəzlidir, haradan və kimdən qaynaqlandığı müəyyən edilib”.