Tifisdə hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz olaraq xüsusilə böyük miqdarda narkotik tərkibli bitki - kannabis əkməkdə və yetişdirməkdə ittiham olunan şəxsi saxlayıblar.
Stopnarkotik.az bu barədə ölkə prokurorluğuna istinadla xəbər verir.
İstintaqa görə, saxlanılan şəxs öz torpağının altında zirzəmi tipli istixana yaradıb və 283 qabda 16.400 qram kannabis bitkisi yetişdirib. Axtarış zamanı 1.459 qram qurudulmuş marixuana, 1.500 qram qurudulmaq üçün hazırlanmış bitki və qablaşdırma materialları da müsadirə edilib.
Prokurorluğun məlumatına görə, kişi qanunsuz narkotik maddələrin alınması və saxlanması və külli miqdarda kannabis yetişdirilməsində ittiham olunub. Cinayət 20 ilə qədər və ya ömürlük həbs cəzası ilə cəzalandırılır. O, artıq həbs cəzasına məhkum edilib.
Stopnarkotik.az