DƏHŞƏTLİ HADİSƏ: Arvadını zəncirləyərək sürüyüb...

Yardımlı rayonunda qeyri-rəsmi nikahda yaşadığı qadına ağır xəsarət yetirməkdə təqsirləndirilən 1997-ci il təvəllüdlü Əliqismət Qasımova hökm oxunub.

Stopnarkotik.az “qafqazinfo”-a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 126.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma və xüsusi amansızlıqla sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham edilib.

Bildirilib ki, Əliqismət Bakıda tanış olduğu Ucar rayon sakini, iki uşaq anası olan Ləman Qasımlı (şərti) ilə birgə işləməyə və yaşamağa başlayıb. Daha sonra onlar Yardımlının kəndlərindən birinə köçüblər. 26 may 2023-cü il tarixdə Əliqismət sərxoş halda arvadına ağır xəsarətlər yetirib. Belə ki, Ləmanın Ucara getmək istəməsini öyrənən şəxs onu amansızlıqla döyüb, daha sonra boğazına it üçün nəzərdə tutulmuş zənciri bağlayaraq sürüyüb. Qadın çoxsaylı xəsarətlərlə əvvəlcə Yardımlıdakı xəstəxanaya yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan Bakıya köçürülüb.

Bundan başqa, Əliqismətin həmin hadisədən 2 ay əvvəl Bakıda işlədiyi yerdə bacısına hücum edərək ona da xəsarətlər yetirməsi məlum olub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1 neçə gün əvvəl çıxardığı hökmlə Əliqismət Qasımova 6 il 6 ay həbs cəzası verilib.