DƏHŞƏT: məktəbli qız hicabı ilə özünü asdı

Güney Azərbaycanda məktəbli qız intihar edib.

Stopnarkotik.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Güney Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin yaydığı məlumata görə, dünən Şərqi Azərbaycan əyalətinin Bünab şəhərində məktəbli qız 7 yaşlı qardaşının gözü qarşısında özünü baş örtüyü ilə asıb. 

Məlumata görə, 11-ci sinifdə oxuyan qız atasının onun təhsilini davam etdirməsinə qarşı çıxdığına və ailədaxili zorakılığa görə canına qəsd edib.