Xəzər rayonu ərazisində 6 evdən ümumilikdə 4300 manat nağd pul, 11000 manat dəyərində qızıl-zinət və məişət əşyalarının oğurlaması barədə polisə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş A.İsgəndərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.