Parlamentdə deputatlar Taquhi Tovmasyan və Artur Ovhannisyan arasında qiyabi çəkişmə baş verib.
Stopnarkotik.az xəbər verir ki, çəkişmə “Narkotik testindən keçin” və “zöhrəvi xəstəliklərə görə yoxlanın” başlıqlı qarşılıqlı sözlü atmacalarla müşayiət olunub.
Tovmasyan Milli Məclisin sədri Alen Simonyandan tələb edib ki, Ovannisyana gündəlik narkotik testləri təşkil etsin və onların nəticələrini dərc etsin.
Cavabında Ovhannisyan Tovmasyanı zöhrəvi xəstəliklərə görə müayinə etməyi təklif edib və onun dörd mənzil almasının qanuniliyini şübhə altına alıb. O, Tovmasyanın jurnalist maaşı ilə dörd mənzili ala bilməyəcəyini vurğulayaraq, özünün də vaxtilə jurnalistikada işlədiyini xatırladıb.
Stopnarkotik.az