Daşkəsəndə DƏHŞƏT: qadının asılmış meyiti tapıldı

Daşkəsəndə intihar hadisəsi baş verib.

Hadisə rayonun Qaratağlar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1966-cı il təvəllüdlü R.Huseynova yaşadığı evdə özünü asıb.

Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

Qadının hansı səbəbdən intihar etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır./apa