Bu gün Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhidlər - hərbçi Hüseynov Cavanşır Ərşad oğlu və mülki Şirinov Tahir Şirin oğlu Azərbaycanın Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayətilə son mənzilə yola salınıb
Stopnarkotik.az xəbər verir ki, şəhidlərin nəşi Səhiyyə Nazirliyinin Patoloji Anatomiya Birliyindən Masazırdakı evlərinə gətirilərək ailə üzvlərinə təhvil verilib. Elə orada da vida mərasimi keçirilib. Cənazə namazı qılınıb, bütün şəhidlərin ruhuna dualar oxunub. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub. Qəhrəman şəhidlərin nəşi Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Hər iki şəhidin ailə üzvləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını bildirib. Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.