Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibəti ilə ölkəmizin bütövlüyü uğrunda şəhid olmuş hərbçilərimizin ailələrini ziyarət ediblər.
Stopnarkotik.az xəbər verir ki, polis əməkdaşları bütün ailələri bayram münasibəti ilə təbrik ediblər, gətirdikləri bayram sovqatlarını təqdim ediblər. Şəhidlərimizin döyüşlərdə göstərdikləri mərdliklər haqda bəhs olunub, onların əziz xatirələri yada salınıb.
Sonda bu təşəbbüsü yüksək qiymətləndirən şəhid ailələri polis əməkdaşlarına razılıqlarını bildiriblər.