Daha bir ölkə amansız narkokartellərin cənginə düşməkdədir - ŞOK DETALLAR

Meksika, ABŞ və Kanadadan olan narkokartellər Cənub-Şərqi Asiyadakı rəqiblərini üstələyərək Avstraliyanın ən yaxşı metamfetamin tədarükçüsü olublar. Avstraliya polisi meksikalı narkotacirlərin ölkəni “gedərək daha çox hədəf aldığını” xəbərdar edir.
Stopnarkotik.az
xəbər verir ki, Avstraliya Federal Polisi və xaricdəki rəsmilər 2022-23 maliyyə ilində Şimali Amerikada istehsal olunaraq Avstraliyaya göndərilən 23,6 ton metamfetamini müsadirə edib.
Polisin hesablamalarına görə, Meksika, ABŞ və Kanadadan olan məhsullar indi metamfetamin bazardakı məhsulun ən azı 70%-ni təşkil edir və bu bölgədə daha çox "İCE" kimi tanınan narkotik Avstraliyada üstünlük təşkil edir.
Bu arada, Cənub-Şərqi Asiyadan "met" narkotik müsadirələri ümumi ələ keçirilən narkotikin 15%-dən az həddə düşdü. Polis Meksikadan gələn narkotikin dəqiq məbləğini açıqlamayıb, lakin xəbərdarlıq edib: “Meksika kartelləri getdikcə daha çox Avstraliyanı hədəf alır".

Stopnarkotik.az