Daha bir azərbaycanlı Ukraynada həlak olub – Digər qardaşı da cəbhədədir

Daha bir soydaşımız Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olub.

Stopnarkotik.az xəbər verir ki, 1997-ci il mayın 29-da anadan olmuş Mövsümov Sənan Baba oğlu aprelin əvvəlində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub.

Onun 25 yaşlı kiçik qardaşı Roman isə hazırda cəbhə xəttində döyüşür.

Valideynlərinin qərarı ilə Sənan doğulduğu Ağcabədi rayonunun Kəbirli kəndində torpağa tapşırılıb.

Allah rəhmət eləsin!