Daha bir azərbaycanlı müharibədə həlak oldu - FOTO

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak olub. 

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, Zaqatala rayonu, Əliabad qəsəbə sakini, 1999-cu il təvəllüdlü Məhəmməd Valid oğlu Qədimov döyüşlərdə ağır yaralanaraq ölüb. 

Onun cənazəsi Zaqatalaya gətirilərək doğulduğu Əliabad qəsəbəsində torpağa tapşırılıb. 

Məlumata görə, M.Qədimov 3 il Rusiya tərəfindən Ukraynaya qarşı vuruşub.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə kimi 20-dən çox Zaqatala sakini döyüşlərdə öldürülüb.