Culfa şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Avtomobil yolu keçən şəhər sakini, 1982-ci il təvəllüdlü Behbudova Adilə Abbasəli qızını vurub.
O, Culfa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.