Çətənənin öyrənilməsinə kim və niyə mane olub - MARİXUANA QİÇS VƏ XƏRÇƏNGİ MÜALİCƏ EDİR?

Son 20 ildə çətənə ilə bağlı tədqiqatlar kəskin şəkildə artsa da, onun haqqında anlayışımız tütün və alkoqol kimi digər maddələrdən çox geridədir. Yəni çətənə haqqında tütün və alkoqoldan daha az bilirik.

Çətənənin sağlamlığımıza, ətraf mühitə, cəmiyyətə və s. təsirləri haqqında ciddi bilgi boşluğu var. Bəs sənaye inqilabı ilə uzun tariximizi nəzərə alsaq, niyə bu qədər cavabsız suallar var?

20 il əvvəl

Çətənə tədqiqatı yalnız iyirmi il əvvəl  başladı və 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində marixuananın QİÇS-ə yoluxmuş, eləcə də xərçəngdən sonra kimyaterapiya keçirən insanlarda ürək bulantısını azalda biləcəyini araşdıran işlərdən sonra aktuallaşdı. O vaxtdan bəri çətənənin araşdırılması seqmenti “partladı”.

Bununla belə, çətənəylə bağlı nəşr edilmiş tədqiqatların sayı tütün və alkoqol haqqındakı məlumatlarla müqayisədə zəifdir. Nyu Yorkdakı “Kolumbiya Universiteti”nin elmi işçisi Rayan Sultan deyir: "Bizim çətənənin başqa təsirlərinə dair məsələlərlə bağlı fundamental məlumatımız yoxdur".

Bunun əsas səbəbi odur ki, hökumətlərin qanunları marixuananın öyrənilməsini son dərəcə çətinləşdirib. Məsələn, ABŞ-da tədqiqatçılar “Narkotiklərlə Mübarizə İdarəsi”ndən xüsusi lisenziya almalıdırlar və yalnız lisenziyalı müəssisələrdə yetişdirilən çətənəni öyrənə bilərlər - 2021-ci ilə qədər yalnız bir belə müəssisə var idi. 2018-ci ildən bəri istirahət məqsədilə çətənə istifadəsinin leqal olduğu Kanadada belə federal və əyalət məhdudiyyətləri tədqiqata mane olub.

Çətənə istifadəsi ilə bağlı narahatlıqlar

Bir çox elm adamı bazara çıxan bütün çətənə məhsullarından narahatdır. Bu məhsulların varlığı və onun ətrafındakı söz-söhbət faktiki sübutları ötür. Onlar tez-tez hansı dozaların kifayət olduğunu, onun uzunmüddətli təsirlərinin nə olduğunu və bəzən insanların marixuananın hansı çeşidini istifadə etdiyini belə bilmir. Hətta bəzi məhsulların tərkibinə belə uyğun gəlməyən etiketlər var. Bu, təhlükəli vəziyyətlərə səbəb ola bilər.

"Endokannabinoid sisteminin sağlamlığımıza necə təsir edə biləcəyindən tutmuş, hazırda ictimaiyyətə təqdim olunan bu məhsulların necə istehsal və istifadə edildiyini başa düşmək üçün hələ başa düşmədiyimiz bir çox fundamental suallar var", deyə Sultan bildirir.

Stopnarkotik.az