Çətənədən hazırlanan dərmanın satışı ABŞ və Avropada rekord qırır

“The Pharmaceutical Cannabis Report: 3rd Edition” araşdırmasında çətənənin əczaçılıqda istifadəsi ilə bağlı aparılmış tədqiqatın nəticələrini açıqlayıb. Hesabatda sınaqlara, patentlərə və innovasiyalara dərindən nəzər salınır və sahibkarlarla menecerlər üçün bələdçi rolunu oynayır.

Stopnarkotik.az xəbər verir ki, proqnozlara görə, bu sektorda qlobal satışlar 2023-cü ildəki 1,11 milyard dollardan 2027-ci ildə 1,37 milyard dollara yüksələcək..

Çətənə dərmanı

Avropada “Epidyolex” kimi tanınan “Epidiolex” preparatının 2023-cü ilə qədər bazar payının təxminən 76% olacağı gözlənilir. Bununla belə, bazar bir oyunçu ilə məhdudlaşmır. “Dronabinol” və “Sativex” kimi digər dərmanlar da əhəmiyyətli bazar mövqelərinə malikdir. Belə ki, təkcə “Dronabinol” təqribən 160 milyon avro təxmini illik dövriyyə yaradır.

“Jazz Pharmaceuticals” bu sahədə patent nəhənginə çevrildiyi üçün hesabat kannabinoidlərin tibbi istifadəsinə artan marağa işıq salır.

Hesabat klinik sınaqların hər bir mərhələsi ilə bağlı xərclərin aydın icmalını təqdim edir. Ən qənatəkar hesablamalar belə dərmanı bazara çıxarmağın 20 milyon dollara başa gələcəyini ortaya qoyur.

Bundan əlavə, hesabatda çətənə tərkibli dərmanların Şimali Amerika və Avropada dominant mövqe tutacağı fərz edilir.

Stopnarkotik.az