Çətənə spirtli içkidən daha çox populyarlaşır- ARAŞDIRMA

ABŞ-ın “Karnegi Mellon Universiteti” 1979-2022-ci illərdə amerikalıların kannabisdən istifadəsinə dair araşdırma dərc edib.

Stopnarkotik.az-ın verdiyi xəbərə görə, məlum olub ki, 2022-ci ildə çətənədən gündəlik (yaxud demək olar ki, hər gün) istifadə edənlərin sayı hər gün bir stəkan spirtli içkiylə dincəlməyə üstünlük verənlərin sayından çox olub. 2023-cü il və ondan sonrakı dövr üçün məlumat yoxdur, lakin elm adamları artıq müəyyən nəticələr çıxarıblar: bu sahədə uzunmüddətli tendensiyalar həmin dövr ərzində liberal siyasət dəyişiklikləri ilə izah edilir.

2008-2022-ci illər arasında çətənə istehlakında tədrici artım (120%) baş verdi. Eyni zamanda, alkoqolu hesabdan çıxarmaq olmaz, o hələ də çətənədən daha populyardır, lakin gündəlik istehlak rejimində yox.

Stopnarkotik.az