“Crocus City Hall”...qanlı terrordan sonra - FOTOREPORTAJ

APA-nın Moskva müxbiri Fərid Əkbərovun terrorun törədildiyi məkandan reportajını təqdim edirik.

Moskva metropoliteninin "Myakinino" stansiyası...Bu metro stansiyası məhz paytaxt sakinlərinin "Crocus City” ticarət və əyləncə mərkəzinə rahat gələ bilmələri üçün Azərbaycan əsilli iş adamı Araz Ağalarov tərəfindən inşa olunub. Metro stansiyası inşa olunarkən sakinlərin rahatlığı nəzərə alınıb. Belə ki, metronun "Crocus City"dəki obyektlərin çoxuna birbaşa çıxışı mövcuddur.

Məhz ona görə də, terrordan dərhal sonra metronun "Crocus City Hall" istiqamətində çıxışı sakinlər üçün bağlanmışdı.

Polis və metropoliten əməkdaşları bizi əks istiqamətə yönəldirlər. Əks istiqamətdə çıxış isə Azərbaycanın xalq artisti Roya Ayxanın konsertinin (terror səbəbindən təxirə salınıb - red) planlaşdırıldığı zalın yerləşdiyi Vegas City-yə çıxarır.

Terror aktı səbəbindən "Crocus City"-dəki bütün obyektlər fəaliyyətini dayandırıb.

Əraziyə çoxlu sayda yük avtomobilləri cəlb olunub. Hadisə yerində polis, istintaq komitəsinin əməkdaşları, eləcə də mülki geyimdə xüsusi xidmət orqanları və digər güc strukturlarının əməkdaşları xidmət aparırlar.

Terrorun baş verdiyi "Crocus City Hall"-un yaxınlığına heç kəs buraxılmır. Amma dünən gecədən fərqli olaraq ətraf əraziyə, yəni terrorun baş verdiyi binanın yanında yerləşən "Crocus Expo" sərgi mərkəzinə yaxınlaşma sərbəstdir.

Moskva sakinləri, eləcə də yerli və xarici media nümayəndələri "Crocus City Hall" -un ətrafındakı avtomobil dayanacağında toplaşıblar. Polis və yük avtomobillərindən ibarət kordon terrorun baş verdiyi binanı ancaq 50 metr məsafədən görüntüləməyə imkan verir.

“Crocus City Hall”ın Müslüm Maqomayev adına konsert salonu…terrorun baş verdiyi məkan…Binanın ikinci və üçüncü mərtəbələr demək olar ki, yanıb, kül olub. Damın bir hissəsi çöküb. 

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image