"Crocus City Hall"a hücumda şübhəli bilinən 2 nəfər saxlanıldı, 4-ü qaçdı - FOTO

Moskva vilayətində "Crocus City Hall"dakı terror aktında şübhəli bilinən iki nəfər saxlanılıb. Onlar Bryansk vilayətində ələ keçirilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Qeyd olunub ki, cinayətkarların olduğu ehtimal edilən avtomobil Belarus və Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda, Teplı kəndi yaxınlığında saxlanılıb. İlkin məlumatlara görə, avtomobildə 6 nəfər olub. Onlardan 2-si saxlanılıb, 4-ü isə qaçıb.

Saxlanılanlar Tacikistan vətəndaşlarıdır. Onların terror aktında əli olub-olmadığı dəqiqləşdirilir.

Daha 4 nəfər axtarılır.

Xatırladaq ki, ötən axşam Moskvadakı "Crocus City Hall"da terror aktı baş verib. Hadisə nəticəsində 80-dən çox adam ölüb.