Çox sayda şəxsə borcu olan kişinin meyiti asılmış vəziyyətdə tapıldı

Beyləqanda 41 yaşlı asılmış vəziyyətdə çürümüş kişi meyiti tapılıb.

Hadisə rayonun Bolsulu qəsəbəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Kəbirli kənd sakini Qənbərli Həsən Qənbər oğlunun ciddi çürümə əlamətləri olan asılmış meyiti yardımçı tikilidə aşkar edilib.

İlkin məlumata görə, Qənbərli Həsən Qənbər oğlunun çox sayda şəxsə borcu olub.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda araşdırma aparılır.