Çörək yerinə narkotik – İRANDA SOSİAL PARTLAYIŞ QAÇILMAZDIR

Narkotiklərin zərərli olduğu danılmazdır. Narkotik baronları, yaxud İranda deyildiyi kimi, " mal itələyənlər", yəni narkotik satıcıları, “bariqalar” əlbəttə ki, iyrəncdir. Bəs necə olur ki, nə qədər çox edam olunurlarsa, o qədər də çox peyda olurlar? Bəlkə onları bu işə sövq edən qismən onların pozğunluğu deyil, sosial quruluşdur?

Hazırda təkcə Tehranda ümumi tutumu 47 676 nəfərlik 13 narkoloji reabilitasiya mərkəzi fəaliyyət göstərir. İndi isə potensialın daha dörddə birə qədər artırılması məsələsi gündəmdədir. Tehranın narkomanları “mallarının” böyük həcmini Sistan-Bəlucistan əyalətindən əldə edirlər. Və polis nə qədər çalışsa da, nə qədər “aşağı ranqlı” narkotik alverçisi edam edilsə də, “böyük balıqlar” uğurla polis torlarından keçir - bu axın azalmır.

İranın Bəlucistan bölgəsindən getdikcə daha çox gənc bu işə qoşulurlar. Onlar ailələrini yoxsulluqdan çıxarmaq və öz gələcəklərinə şans əldə etmək üçün hətta həyatlarını riskə atmağa hazırdırlar. Və bu artıq kiçik mesaj deyil - bu, İranın Bəlucistan vilayətinin sosial cəhətdən əlverişsiz olması barədə həyəcan təbilidir.

2023-cü ilin iyul ayından etibarən yerli sakinlərin süfrələrində daha az yemək tapılır. Hətta un da əlçatmaz olub, çörəkbişirmə sexlərində çörək üçün uzun növbələr adi hala çevrilib. İyulun 5-də bir neçə saat dalbadal çörək növbəsində dayanan iki nəfər oradakı yer üstündə mübahisə edib. Mübahisə davaya çevrilib, nəticədə kişilərdən biri həlak olub.

Bu vəhşilikdirmi? Fenomendirmi? Xeyr, Tehran hökuməti Qərblə razılaşmadan sonra öz arzularını reallaşdırmaq məsələlərini həll edərkən vilayətin son illərdə hansı səviyyəyə çatdığının diaqnozu İranın bölgədə indiki “geosiyasi əhəmiyyəti”nin təsdiqinə çevrilib. Və həm bu, həm digər durumda İranın ən çox depressiyaya məruz qalmış bölgəsi üçün büdcə ayırmalarına amansızcasına əl qoydular.

Lakin qırx il əvvəl Sistan və Bəlucistan nəhəng buğda əkilmiş sahələrinə görə “İranın çörək səbəti” adlanırdı. Bu gün bütün bunlar keçmişdə qalıb. Su ehtiyatlarından səmərəsiz istifadə edilməsi, əkinçiliyin inkişafı üçün dövlət dotasiyasının olmaması və su təchizatı sistemlərinin müasirləşdirilməsi üçün dövlət subsidiyalarının olmaması ona gətirib çıxarıb ki, əsas qidası çörək və çay olan yerli sakinlər artıq bu iki qidanı özlərinə rəva görə bilmirlər.

“Bizim rayon çox kasıbdır, bu sirr deyil və burada insanların ac qarına yatması yenilik deyil. Amma son aylarda vəziyyət kəskin pisləşib”, - deyə bu yaxınlarda yerli sakinlərdən biri olan köhnə dostum mənə yazdı. “Bir il əvvəl bir kisə [40 kq] un 40 min tümən [0,72 avro] idisə, bir neçə ay əvvəl 130 min tümən [2,36 avro] idisə, indi 450 min tüməndir [8,18 avro].

Üstəlik, hər tərəfə yayılan və hər yerdə yayılan İran korrupsiyası. Dotasiyalı qiymətlə buğda və ya un alan çörəkbişirənlər və ya mağazalar onu “qara bazar”da bazar qiymətinə satır və ya qaçaqmalçılıq yolu ilə “əldən çıxarırlar”. Üç həftə əvvəl Sistan və Bəlucistan əyalətinin və ona bitişik Gülüstan əyalətinin prokurorları dövlət anbarlarından sanki havaya sovrulan 53 min ton buğdanın yoxa çıxdığını elan etmişdilər.

İranlı bəluclar bu qənaətə gəlməkdədirlər: “Sistan və Bəlucistan 2022-ci ilin sentyabrından İranı “Qadınlar, Həyat, Azadlıq İnqilabı” şüarı ilə bürüyən hökumət əleyhinə etirazlarda ən fəal əyalətlərdən biri olduğu üçün – Tehran hakimiyyəti əhalidən daxili iqtisadi sanksiyalar, dotasiyaların azalması və ərzaq yardımı vasitəsilə qisas almaq qərarına gəlib”.

Nəticə etibarilə buradakı bir çox ailələrin özlərini və uşaqlarını dolandırmaq üçün sadəcə olaraq gəlir mənbələri yoxdur. Bunun sosial baxımdan nəyə gətirib çıxardığının təfərrüatlarına varmağa ehtiyac varmı? Əyalətin yerli sakinləri arasından cihadçıların və xırda narkotik alverçilərinin sayının artması bizi təəccübləndirməlidirmi?

Tehranda İran Bəlucistan bölgəsinin etibarsızlığına və kriminallaşmasına qəzəblənən bir çoxları əsas məsələni etiraf etməkdən imtina edirlər: bunun səbəbi əksəriyyəti sünni olan yerli əhali deyil, mərkəzi hakimiyyətin onlar üçün yaratdığı dözülməz şəraitdir. Məhz onların siyasəti “partlayış potensialının” sadəcə artan templə toplanmasına səbəb olur. Və mütləq partlayacaq...

Cavad ŞABİRİ,

Haqqın.az

Tərcümə etdi: Stopnarkotik.az