Cəlilabadda itkin düşən gənc qız Bakıda tapıldı

Cəlilabadda itkin düşmüş 21 yaşlı qız Bakıda tapılıb.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, rayon sakini L.Hüseynovanın mayın 15-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə getməsi ilə bağlı polisə müraciət daxil olub.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində onun Bakı şəhərində olduğu müəyyən edilib.