Cəlilabadda DƏHŞƏT: diş poliklinikasında çürümüş meyit tapıldı

Cəlilabadda diş poliklinikasında çürümüş meyit tapılıb. 

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən fəaliyyət göstərməyən diş poliklinikasının 2-ci mərtəbəsində qeydə alınıb.

Meyiti çürüməyə məruz qalmış şəxsin 1976-cı il təvəllüdlü Cavid Səftər oğlu Əkbərov olması müəyyən edilib.

Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.